Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:00

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin qiyməti bahalaşıb


Bu il Azərbaycandan Həcc ziyarətinə 2000-2200 nəfər gedəcək

Bu il Azərbaycandan Həcc ziyarətinə 2000-2200 nəfər gedəcək

Bu il Azərbaycandan Həcc ziyarətinə gedənlər üçün qiymətlər bahalaşıb.

Bu barədə «APA»ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib.

O, qiymətlərin artmasının Səudiyyə Ərəbistanında otel xidmətlərinin bahalaşması ilə əlaqədar olduğunu deyib:

«Müqəddəs ziyarətə avtobusla gedənlər keçən il 2500 manat ödəyirdisə, bu il 150 manat daha çox - 2650 manat ödəməli olacaq. Təyyarə ilə gedənlər isə keçən ilkindən 250 manat çox - 3750 manat ödəməlidir. Keçən il analoji qiymət 3500 manat idi».

M. Payızov Həcc ziyarəti üçün QMİ-də sənəd qəbulunun başlandığını deyib. Bu il ayrılmış kvotaya uyğun olaraq Azərbaycandan Həcc ziyarətinə 2000-2200 nəfər gedəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG