Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:13

Ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün 110 423 nəfər sənəd verib


Məleykə Abbaszadə

Məleykə Abbaszadə

Azərbaycanda ali məktəblərə bu il keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün 110 min 423 nəfər sənəd verib.

Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyunun 3-də keçirdiyi mətbuat konfransında deyib.

Onların 66 min 128-i bu ilin məzunlarıdır. Bu isə ümumi sənəd verənlərin 57 faizini təşkil edir.

TQDK sədri deyib ki, builki məzunların sayı ötən illə müqayisədə 2 faiz artıb.

Abituriyentlərin 99 190-ı Azərbaycan, 11 233-ü isə rus bölməsi üzrə sənəd verib. Birinci ixtisas qrupuna 34 988, ikinci ixtisas qrupuna 27 68, üçüncü ixtisas qrupuna 32 859, dördüncü ixtisas qrupuna isə 15 508 nəfər sənəd verib. /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG