Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:13

Yəməndə nümayişçilərə atəş açılıb


Yəmənin paytaxtı Sanada hökumət qüvvələri prezident Ali Abdulla Salehin istefasını tələb edən nümayişçilərə atəş açıblar. Ölən və xəsarət alanlar haqqında məlumat verilmir.

Paytaxt rayonlarının birində isə mövcud rejimə qarşı silahlı mübarizə aparan qəbilə başçısı Sadig al-Ahmadin qoşunları ilə polis arasında döyüşlər davam edir. 60 nəfərin öldüyü bildirilir.

33 ilidir hakimiyyətdə olan Ali Abdullah Saleh hakimiyyətin dinc yolla ötürülməsi ilə bağlı Fars Körfəzi ölkələri Şurasının təklif etdiyi planı imzalamaqdan artıq üç dəfə imtina edib.
XS
SM
MD
LG