Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:59

Vladimir Putin Abxaziyaya gedib


Rusiyanın baş naziri Vladimir Putin Gürcüstanın separatçı bölgəsi Abxaziyaya gözlənilməz səfər edib.

Səfərdə məqsəd separatçı respublikanın lideri Sergey Bağapşın dəfnində iştirak etməkdir.

O səfər zamanı prezident əvəzi Aleksandr Ankvab və baş nazir Sergey Şamboyla görüşüb və bildirib ki, Abxaziya Rusiyanın köməyinə arxalana bilər.

62 yaşlı Sergey Bağapş mayın 29-da Moskvadakı klinikalardan birində ciyərində əməliyyat aparıldıqdan az sonra vəfat edib.

O doğulduğu Cgerda kəndində dəfn olunub.

Rusiya 2008-ci ilin avqustunda Gürcüstanla qısa müharibədən sonra onun separatçı bölgələri Cənubi Osetiya ilə Abxaziyanı müstəqil dövlət kimi tanıyıb.
XS
SM
MD
LG