Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:36

Daxili İşlər naziri polisi tərifləyir


Ramil Usubov
Ramil Usubov
«Hər yüz min nəfərə düşən cinayətlərin sayına görə Azərbaycan Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında sonuncu yerlərdən birini tutur».

Bu fikirləri Daxili İşlər Naziri Ramil Usubov iyunun 2-də İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Adel Mohammad Əl-Adailehi ilə görüşündə deyib.

Nazir müasir tələblərə tam cavab verə bilən polis əməkdaşlarının formalaşdırılmasına böyük əhəmiyyət verildiyini bildirib. Ramil Usubov bu məqsədlə son 10 ildə Nazirliyin 1000-dən çox əməkdaşının beynəlxalq tədbirlərdə iştirak etdiyini vurğulayıb.

Nazir beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyaya qarşı mübarizədə iki ölkənin daxili işlər orqanları arasında qarşılıqlı əlaqələrin yaradılmasında Azərbaycan tərəfinin maraqlı olduğunu bildirib.

Azərbaycanda insan haqları fəalları polisin xüsusilə siyasi tədbirlər zamanı vətəndaşların hüquqlarını kobud şəkildə pozduğunu bildirirlər.
XS
SM
MD
LG