Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:05

Bu axşam Rəcəb ayı başlaya bilər


Rəcəbin Qəndil gecələri barədə mübahisələr davam edir


Bu gecə müsəlmanlar üçün önəmli aylardan sayılan Rəcəb ayı başlaya bilər. İslam dünyasında nüfuzu ilə tanınan "İstihlal mərkəzi" elmi-praktiki mərkəzinin yaydığı məlumata görə, bu gecə göy üzündə Rəcəb ayının başlanmasını xəbər verən ay görüntüsü müşahidə oluna bilər.

İslamda Rəcəb ayı Ramazanın gəlişini xəbərdarlıq edən dövr kimi qəbul edilir. Odur ki, bəzi İslam alimləri bu ayda oruc tutmağın müstəhəb olduğunu qeyd ediblər. Lakin o da vurğulanmalıdır ki, peyğəmbər və əshabəsindən məhz Rəcəbdə oruc tutmağın fəziləti ilə əlaqədar konkret bir rəvayət nəql olunmayıb.

Rəcəb ayında döyüşmək haram buyrulub. Buna görə də bu ayların digər aylara nisbətən bir fəziləti var. Bütün bunlarla yanaşı, alimlərin çoxu xalq arasında “üç ay” kimi bilinən Rəcəb, Şaban və Ramazan ayları haqqında rəvayət olunan “Rəcəb Allahın, Şaban mənim, Ramazan da ümmətin ayıdır” sözünü uydurma söz hesab ediblər. Həmçinin, Rəcəb ayının fəziləti haqqında deyilən “Kim o ayda filan qədər namaz qılsa, ona bu qədər savab yazılır. Kim o ayda istiğfar etsə, ona filan qədər əcir verilir” sözlərini mübahisəli sayanlar da var.

Rəcəb ayının ilk cümə gecəsi Rəqaib Qəndili adlanır. Bəzi alimlər hesab edir ki, həmin axşam küsülüləri barışdırmaq, valideynlərə baş çəkmək, yetimləri doyuzdurmaq bu qəndil gecəsinin fəzilətlərindəndir.

Qəndil gecələri Osmanlıların hakimiyyətdə olduğu dövrdə, daha doğrusu, padşah II Səlimin hakimiyyət illərindən etibarən qeyd olunur. Həmin gecələr minarələrdə qəndil yandırılmaqla qeyd olunduğuna görə, qəndil adlandırılmağa başlanılıb.

Bəzi alimlər iddia edirlər ki, hazırda geniş xalq kütlələri tərəfindən qeyd edilən Qəndil gecələrinə nə Quranda, nə də Sünnədə işarə var. Mübarək qəbul olunan həmin gecələr peyğəmbər və əshabəsinin dövründən çox-çox sonra – Misir və Qüdsdə qeyd edilməyə başlanmış, sonralar isə İslam dünyasının müxtəlif yerlərinə yayılıb. Bu mərasimlər İslam dininin tövsiyəsi deyil, sadəcə müsəlman cəmiyyətləri tərəfindən meydana atılıb və ənənə halına gəlib.

Lakin belə iddialar da var ki, həmin gecələr Peyğəmbər dövründə də qeyd olunub. Sadəcə adına Rəqaib yox, Rəcəbin ilk cüməsi deyiblər. Bu gecələrdə Peyğəmbər əshabələri Allahı zikr ediblər, kasıblara xurma paylayıblar. Bir gecədə Quranı başdan-ayağa oxuyanlar da olub.

(Yazıda İslam hüququ mütəxəssisi Yahya Şenolun 2006-cı ildə dərc etdirdiyi məqaləyə və türk mənbələrinə istinad edilib).

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG