Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:37

Xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edilib


Təhsil Nazirliyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrdə təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edib.

APA-nın məlumatına görə, sənəd qəbulu elan edilən ixtisaslar bunlardır - informasiya texnologiyaları, mühəndislik, neft sənayesi, tibb, riyaziyyat, fizika, biologiya, kimya, ekologiya, kənd təsərrüfatı, turizm və mühasibat uçotu.

Müsabiqədə orta və ali məktəbdə yüksək nailiyyətlər əldə etmiş, Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”na və “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na uyğun olaraq xarici ölkələrdə təhsil alan və ya təhsil almağa dəvət almış Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG