Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:18
Kitablar rəqəmsal inqilabdan “sağ çıxa” biləcəkmi?

Axı insanlar getdikcə İnternetdən daha çox məlumat alır, “tweet edir”, bloq yazır...

“Qızılgülün adı”, “Fukonun kəfgiri” kimi əsərləri ilə dünya şöhrəti qazanmış italyan yazıçısı, alimi Umberto Eko isə yeni kitabında nikbindir:

“Kitab qaşıq kimidir. Yəni elə əşyalardandır ki, kəşf olunandan sonra onu təkmilləşdirmək mümkün olmur”.

Eko və tanımış ssenariçi, aktyor Jean-Claude Carrière arasında diskussiya formasında yazılmış və "This is Not the End of the Book" ("Bu, kitabın sonu deyil") adlanan yeni kitabda biliyin “başına nə gəldiyi” də müzakirə olunur.

Axı indi kompüterin “siçan”ını bircə dəfə tıklamaqla insan qeyri-müəyyən həcmdə informasiyaya çıxış əldə edə bilər...

Zəngin kitab kolleksiyası olan hər iki müəllif həm də öz təcrübələrindən maraqlı məlumatları bölüşürlər. Məsələn, Umberto Ekonun ilk kompüteri haqda.

Carrière hesab edir ki, gələcək haqda müəyyən olan bir şey var ki, o da onun qeyri-müəyyənliyidir.

Amma hər iki müəllif kitabların rəqəmsal eradan bu və ya digər formada “sağ çıxacağı” qənaətindədir.

Həmçinin oxu
Umberto Eko öz romanlarını necə yazır?

Günün bütün mövzuları

XS
SM
MD
LG