Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:10

2 aprel məhbuslarının şikayəti təmin olunmadı


2 aprel məhbuslardan üçünün həbs müddətinin uzadılmasından verilən apellyasiya şikayəti təmin olunmayıb.

Bunlar Müsavat partiyası icra aparatının rəhbəri Arif Hacılı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP üzvü Elnur Məcidlidir.

Arif Hacılının vəkili Əsabəli Mustafayevin deməsinə görə, 2 aylıq həbs müddətində Arif Hacılı yalnız bir dəfə üç polislə üzləşdirilib. Bundan başqa onun iştirakı ilə heç bir istintaq hərəkəti olmayıb:

«Bu səbəbdən də biz hesab edirik ki, müdafiə etdiyimiz şəxslərin həbsdə qalma müddətinin uzadılması qanunsuzdur».

Vəkillər həbs müddətinin daha iki ay uzadılmasını müdafiə etdikləri şəxslərə verilən artıq cəza hesab edirlər.

İctimai Palatanın 2 aprel aksiyasına görə, 14 nəfər barəsində cinayət işi açılıb. Onların 13 nəfəri barəsində həbs qətimkan tədbiri seçilib, bir nəfər polis nəzarətində olmaqla sərbəst buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG