Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:24

Avropa Komissiyası Rusiyanın qadağasının adekvat olmadığını bildirir


Avropa Komissiyası Rusiyanı bütün Avropa Birliyi ölkələrindən təzə tərəvəzin idxalına müvəqqəti qadağa qoymasına aydınlıq gətirməyə çağırıb.

Komissiya Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsinə Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) qərarının adekvat olmadığını bildirib.

Rusiya mayın 30-da Almaniya və İspaniyadan, iyunun 2-də isə bütün Avropa Birliyi ölkələrindən təzə tərəvəzin idxalına müvəqqəti qadağa qoyub. Buna səbəb Birliyi ölkələrində bağırsaq infeksiyasının yayılmasıdır.

Bu epidemiyadan Almaniyada ölənlərin sayı 18-ə çatıb.
XS
SM
MD
LG