Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:24

Avropada ən populyar rüşvət növləri


İri Avropa şirkətlərinin əməkdaşlarının 30 faizindən çoxu yeni kontraktlar əldə etmək üçün pul, hədiyyə verməyə ya da təşkilati xərcləri ödəməyə hazırdırlar.

Böyük Britaniyanın «Ernst&Young» şirkətinin apardığı sorğu bu nəticəni ortaya çıxarıb.


25 Avropa ölkəsində keçirilən sorğuda sıravi əməkdaşlardan tutmuş rəhbərlərədək 2300-dən çox adam iştirak edib.


Ümumilikdə, avropalı respondentlərin 2/3-i ölkələrində rüşvətxorluq və korrupsiyanın geniş yayıldığını etiraf edib.


Respondentlərin 59 faizi düşünür ki, qoyulan məqsədlərə çatmaq üçün şirkət rəhbərləri etik prinsiplərdən əl çəkməyə hazırdırlar. Sorğuda iştirak edən rəhbərlərin yarısı da bu fikri bölüşür.


Respondentlərin 40 faiz qeyd edib ki, son 2 ildə müşahidə olunan iqtisadi böhran zamanı bu problem daha da dərinləşib.


XS
SM
MD
LG