Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:33

ABŞ nüvə arsenalına görə Rusiyanı qabaqlayır


ABŞ-ın döyüş növbəsi çəkən uzaq mənzilli ballistik raketlərinin və nüvə döyüş başlıqlarının sayı Rusiyanınkından 30 faiz çoxdur. Amerika Dövlət Departamentinin açıqladığı məlumatda belə deyilir.

Birləşmiş Ştatlarda döyüş növbəsi çəkən qitələr arası və sualtı ballistik raketlərin, ağır bombaların sayı 882 olduğu halda, Rusiyada bu göstərici 521-dir. ABŞ-da quraşdırılmış döyüş başlıqları 1800, raket qurğusu 1124 olduğu halda, Rusiyada bu göstəricilər 1537 və 865-dir.

Fevralın 5-də Moskva və Vaşinqtonun qəbul etdiyi Strateji Silahların İxtisarı haqqında yeni Müqaviləyə (START) əsasən, hər iki ölkə özünün nüvə arsenalına dair əsas məlumatları açıqlamalıdır.
XS
SM
MD
LG