Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:44

Əliyevin Obama ilə anlaşması, qiymətlərin birrəqəmli həddə saxlanması və...


Mətbuat icmalı
Mətbuat icmalı
«Yeni Müsavat» qəzetindəki «ƏLİYEV OBAMA İLƏ ARANI DÜZƏLDİR» başlıqlı yazıda qeyd olunur ki, ölkə rəhbərliyi ABŞ-la münasibətlərini qaydaya salmaq kursunu seçib:

«Maraqlıdır ki, Eynulla Fətullayevin azadlığa buraxılmasının ardınca Xarici İşlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfərə yola düşüb. Bu gün onun ABŞ Dövlət katibi Hillari Klintonla görüşü gözlənilir. Nazir həmçinin, Vaşinqtondakı lobbi çevrələri ilə təmasda olacaq və belə görünür ki, onun əsas missiyası Azərbaycan hakimiyyəti ilə Birləşmiş Ştatlar administrasiyası arasında münasibətləri düzəltmək imkanlarını axtarmaqdır».

«Bizim Yol» qəzeti«RƏSMİ BAKI OBAMA ADMİNİSTRASİYASI İLƏ ANLAŞIB» manşet yazısında Azərbaycan-ABŞ münasibətlərindən yazır.

«Yeni Azərbaycan» qəzeti yazır ki, «HÖKUMƏT YENİ ANTİ-İNFLYASİYA TƏDBİRLƏRİNƏ BAŞLAYIR». Yazıda qeyd olunur ki, qiymət indeksinin birrəqəmli həddə saxlanması üçün bütün iqtisadi qurumların fəaliyyəti koordinasiya olunacaq.

«Azadlıq» qəzeti «UŞAQ GÜNÜNDƏ SEVİNMƏDİK, KƏDƏRLƏNDİK» sərlövhəli yazıda bulvardakı attraksionların saat 12-yə qədər pulsuz olmasından və yaranan növbələrdən yazır:

«İnsanları 1-2 manata möhtac edib, onlara pulsuz «səxavət səhnələri» düzəltmək artıq ürək bulandıran həddə çatıb. Belə səhnələri biz Gəncədə Heydər Əliyevin ad günləri ilə bağlı pulsuz tort mərasimlərində görmüşük. Sıra Bakıya çatır...».

«Azərbaycan» qəzeti 2 iyun Azərbaycan mülki aviasiya işçilərinin peşə bayramına həsr olunan yazıda ölkənin aviasiya sisteminin keçmişindən, bu günündən yazır. Qəzet bu sahədə həyata keçiriləcək iri layihələrə də toxunur.

Qəzet yazır ki, «Dünyanın ən gözəl aeroportu Bakıda olacaq».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG