Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:22

Korrupsiya jurnalistlərin qatillərinin tapılmasında əsas əngəldir


Bütün dünyada hüquq-mühafizə orqanlarında kök salmış korrupsiya jurnalistlərin qatillərinin tapılmasında əngələ çevrilib. Bu haqda Jurnalistləri Müdafiə Komitəsi yeni hesabatında məlumat verilir.

“2011-ci il üzrə Cəzasızlıq İndeksi” adlı hesabatda jurnalistlərin qətlə yetirildiyi və qatillərin azadlıqda olduğu ölkələr göstərilir.

Hesabatda deyilir ki, öldürülən jurnalistlərin əksəriyyəti yerli jurnalistlərdir. Onlar bir qayda olaraq ölümdən qabaq hədə-qorxu ilə üzləşirlər. Qurbanların 40 faizdən çoxu ölümdən əvvəl təhdid olunub.

Jurnalistlərin ən çox öldürüldüyü ölkə İraq, Somali, Filippin Şri-Lanka və Kolumbiyadır. Siyahıda Əfqanıstan, Nepal, Meksika, Rusiya, Pakistan, Banqladeş, Braziliya və Hindistanın da adı çəkilir.
XS
SM
MD
LG