Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:40

Hüquq müdafiəçiləri daha 41 etirazçının öldürüldüyünü bildirir


Mayın 31-də Suriyanın Rastan şəhərinə keçirilən xüsusi əməliyyat zamanı 41 nəfər dinc sakin öldürülüb. Bunu suriyalı hüquq müdafiəçisi Razan Zaituna bildirib.

Hüquq müdafiəçilərinin sözlərinə görə, mart ayından ölkədə hökumət əleyhinə keçirilən etiraz aksiyalarında 1000-ə yaxın adam öldürülüb.

Mayın 31-də prezident Bashar Assad Müsəlman Qardaşlığı cəmiyyəti üzvlərinə və həbsdə olan bütün siyasi məhbuslara amnistiya verib.
XS
SM
MD
LG