Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:31

Pakistanda jurnalistlərin silah gəzdirməsinə icazə verilib


Pakistanda İtaliya agentliyinə işləyən reportyorun öldürülməsindən sonra jurnalistlərin silah gəzdirməsinə icazə verilib.

Bunu çərşənbə günü ölkənin daxili işlər naziri Rahman Malik bəyan edib.

Nazirin sözlərinə görə, silah jurnalistlərə özünümüdafiə məqsədilə veriləcək.

40 yaşlı reportyor Saleem Shahzadın cəsədi çərşənbə axşamı İslamabadın 150 kilometrliyindən tapılıb.

O Pakistan hərbçilərinin əl Qaidə ilə əlbir olub-olmamasını araşdırırmış.

Günün bütün mövzuları

XS
SM
MD
LG