Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:27

«Bakı Ağ Şəhər» sərgiyə çıxarılacaq


AzərTAc xəbər verir ki, «Bakı Ağ Şəhər»in üstünlükləri, həmçinin layihənin investisiya imkanları geniş ictimaiyyətə ilk dəfə olaraq iyunun 7-dən 10-dək «Xəzər neft və qaz 2011» sərgisində nümayiş olunacaqdır.

«Bakı Ağ Şəhər» şəhərsalma layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks Tədbirlər Planı»nın təsdiq edilməsi haqqında Fərmanının icrası çərçivəsində həyata keçirilir.

Hazırda köhnəlmiş sənaye obyektlərinin şəhərdən kənara çıxarılması, çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması üzrə addımlar atılıb.

«Xəzər neft və qaz 2011» sərgisinə gələnlər 2410 nömrəli stenddə «Bakı Ağ Şəhər» layihəsinin 1:500 miqyasda hazırlanmış modeli ilə yaxından tanış ola biləcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG