Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:06

Avstraliya Bashar Assadın beynəlxalq tribunala verilməsini istəyir


Suriya prezidenti Bashar Assad öz vətəndaşlarıyla amansız davranışa görə BMT-nin tribunalı qarşısında dayanmalıdır.

Bunu Avstraliyanın xarici işlər naziri Cevin Radd deyib.

O qeyd edib ki, Bashar Assad 13 yaşlı oğlanın ölümündən əvvəl işgəncələrə məruz qalmasına görə legitimliyini itirib.

Suriya hakimiyyəti insidentin araşdırılacağını vəd edib.

Hüquq müdafiəçiləri oğlana ölənəcən işgəncə verildiyini deyirlər.

Hakimiyyət isə nümayiş vaxtı onun külləylə öldürüldüyünü təkid edir.
XS
SM
MD
LG