Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:49

İran parlamenti prezidentin qərarını qanunsuz sayıb


İran parlamenti prezident Mahmud Əhmədinejadın neft nazirinin səlahiyyətlərini müvəqqəti öz üzərinə götürməsinin qanunsuz olduğunu bəyan edib.

Deputatlar ölkənin məhkəmə orqanlarına müvafiq hesabad göndəriblər.

Mahmud Əhmədinejad energetika nazirliyinin tabeçiliyinə keçməli olan neft sektorunu ötən ay öz nəzarətinə götürüb, bunu bəyan etdikdən bir gün sonra isə neft naziri Məsud Mirkazımi işdən azad edilib.

Nazirlər kabinetində ixtisarlar aparılmasıyla bağlı prezidentin planını ölkə parlamentində kəskin tənqidlə qarşılanıb.

Qeyd edək ki, son vaxtlar Mahmud Əhmədinejadla ölkənin ali dini rəhbərliyi arasında da narazılıq müşahidə olunur.
XS
SM
MD
LG