Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:24

"Endeavour" geri dönüb


ABŞ-ın "Endeavour" kosmik gəmisi ötən gecə son missiyasını da başa vuraraq geri dönüb. 6 nəfərlik heyətlə birlikdə Kennedy Kosmik Mərkəzə enən bu gəmi istismar olduğu müddətdə 299 gün komosda olub. 200 min kilometrə qədər məsafə qət edib. Bundan sonra isə tarixi eksponat kimi muzeydə saxlanacaq.

NASA uzun illər komik səyahətlərdə beş gəmidən istifadə edirdi. Onlardan biri olan “Discovery” də bu ilin martında missiyasını başa vuraraq muzeyə göndərilib.

“Atlantis” gəmisinin isə missiyası iyul ayında başa çatacaq.

Agentliyin “Challenger” və “Columbia” gəmiləri isə 1986 və 2003-cü illərdə qəzaya uğrayıb. Həmin qəzalarda 16 nəfər ölüb.


Bununla ABŞ “Space shuttle” proqramını başa vurur. Amma prezident Obamanın təsdiq etdiyi 25 illik kosmik araşdırmalar planına görə, bu ölkə komosa səfərləri sıxlaşdıracaq, başqa planetlərə də enməyə çalışacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG