Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:39

2 aprel mitinqinə görə saxlananların həbs müddətləri uzadılır


Polis Bakıda aksiya iştirakçılarından olan yaşlı qadını saxlayır, 2 aprel 2011

Polis Bakıda aksiya iştirakçılarından olan yaşlı qadını saxlayır, 2 aprel 2011


İctimai Palatanın 2 aprel mitinüinə görə saxlanan 3 nəfərin həbs müddəti 2 ay artırılıb. AzadlıqRadiosuna məlumat verən vəkil Yalçın İmanovun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi Əhəd Məmmədlinin həbs müddətinin artırılması əsassızdır: “Əhəd Məmmədli həbsdə olduğu 2 ay müddətində heç bir istintaq hərəkəti aparılmayıb. Ona görə də onun həbs müddətinin artırılmasına heç bir zərurət yoxdur. Həbs müddətinin artırılması haqda qərardan apellyasiya şikayəti verəcəyik”.
“Media forum” saytının məlumatına görə iyunun 1-də Səbail Rayon Məhkəməsində Müsavat Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Sahib Kərimov və AXCP fəalı Babək Həsənovun həbs müddətinin artırılması məsələsinə baxılıb. Ayrı-ayrılıqda keçirilən proseslərə təqsirləndirilən şəxslərin özləri də gətirilib.
Babək Həsənov və Sahib Kərimovun da vəkilləri onların barəsində həbs müddətinin daha iki ay da artırılmasını qanunsuz sayırlar. Vəkillər bildirirlər ki, 2 ay ərzində onlar barədə hər hansı istintaq hərəkəti aparılmayıb və qərardan apellyasiya verəcəklər.
İctimai Palatanın Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində keçirdiyi mitinqlə bağlı Bakı şəhər Prokurorluğu ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddələri ilə cinayət işi başlayıb.
İstintaqı prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu aparır. Bu ittihamlarla onlar üç ilə qədər azadlqıdan məhrum edilə bilərlər.

İndiyədək 13 aksiyaçı həbs edilib.
İctimai Palatadan AzadlıqRadiosuna verilən məlumata görə, onlardan indiyə qədər ümumilikdə 7 nəfərinin həbsi daha 2 ay müddətinə artırılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG