Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:06

İlham Əliyev İtaliyaya səfər edəcək


İyunun 2-də Azərbaycan prezidenti İlham Əliyev İtaliyaya səfər edəcək.

Bu barədə «APA»ya müsahibəsində İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi məlumat verib.

Səfərin məqsədi vahid İtaliya dövlətinin yaranmasının 150 illiyinə həsr olunmuş təntənəli mərasimlərdə iştirak etməkdir.

İyunun sonunda isə Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev hökumətlərarası komissiyanın işində iştirak etmək üçün İtaliyaya gedəcək.

Səfər çərçivəsində Azərbaycanla İtaliya arasında energetika sahəsində sazişin imzalanması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG