Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:19

Clinton Assadi repressiyalara son qoymağa çağırıb


ABŞ dövlət katibi Hillari Clinton bildirib ki, Suriya rejimi gündən-günə zəifləyir. O prezident Bashar Assadi ölkədəki repressiyalara son qoymağa və demokratik islahatlara başlamağa çağırıb.

Associated Press agentliyinin xəbərinə görə, Suriya hökuməti 13 yaşlı oğlanın işgəncə ilə öldürülməsi faktını qəbul etmədiyini bildirib.

Hüquq müdafiəçilərinin sözlərinə görə, mart ayından Suriyada etiraz aksiyaları başlayandan bu günə qədər 1000-ə yaxın adam həlak olub.
XS
SM
MD
LG