Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:24

Mladic Beynəlxalq Məhkəmə qarşısında dayanacaq


Bosniya müharibəsi generalı Ratko Mladic Haaqaya gətirilib. Serbiya Ədliyyə Nazirliyi onun mayın 31-də axşam Haaqaya ekstradisiya edildiyini bildirib.

Beynəlxalq Məhkəmə qarşısına çıxacaq Mladic həbsxana kamerasında saxlanılır. 69 yaşlı Mladicin tibbi müayinədən keçəcəyi gözlənilir. Bir neçə gündən sonra isə o Beynəlxalq Məhkəmə qarşısında dayanacaq.

Mladic 16 illik axtarışdan sonra mayın 26-da Belqradda həbs edilib. O, 1992-95 - ci illərdə Bosniya müharibəsi zamanı kütləvi qırğınlarda ittiham olunur. Mladic 8000 müsəlman kişi və oğlanın kütləvi şəkildə öldürüldüyü Srebrenica soyqırımında da günahkar bilinir.
XS
SM
MD
LG