Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:58

Nazir: «Dövlət büdcəsinin artırılması müəyyən inflyasiya riskləri yaradır»


Samir Şərifov
Azərbaycanın 2011-ci il dövlət büdcəsinin xərclərinin artırılması müəyyən inflyasiya riskləri yaradır.

Bunu «APA»ya Azərbaycanın Maliyyə naziri Samir Şərifov bildirib.

«Azərbaycan Mərkəzi Bankı ilə birlikdə inflyasiya meyllərini, inflyasiyanı cilovlamaq istiqamətində əməli tədbirlər keçirəcəyik ki, inflyasiyanın səviyyəsi yüksək olmasın».

2011-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanda inflyasiyanın səviyyəsi 9% təşkil edib.

Mayın 27-də parlament tərəfindən qəbul olunan 2011-ci il dövlət büdcəsinə dəyişiklərə əsasən, gəlirlər 29% və ya 15 milyard 554.2 mln. manata qədər, xərclər isə 25% və ya 15 milyard 941.2 mln. manatadək artırılıb.

HƏMÇİNİN OXU

AZƏRBAYCAN TİKİNTİYƏ 25 MLRD., TƏHSİLƏ 7 MLRD. DOLLAR XƏRCLƏYİB

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG