Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:08

Mladic təcili ekstradisiya edildi


Serbiyanın ədliyyə nazirliyi bildirib ki, General Ratko Mladic mayın 31-də aaxşam Haaqaya ekstradisiya edilib.

Günün əvvəlində Serbiya məhkəməsi Bosniya müharibəsi generalı Ratko Mladicin Haaqa Beynəlxalq Tribunalına ekstradisiyasına qarşı verilən şikayəti təmin etməyib.

Mayın 31-də müharibə cinayətləri prokuroru Bruno Vekaric deyib ki, Mladic ən qısa zamanda ekstradisiya olunmalıdır.

1992-95 - ci illərdəki Bosniya müharibəsi zamanı kütləvi qırğınlarda ittiham olunan Mladic 8000 müsəlman kişi və oğlanın kütləvi öldürüldüyü Srebrenniça soyqırımında da günahkar bilinir.

Mladici 16 illik axtarışdan sonra paytaxt Belqradda həbs eləmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG