Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:31

Yəməndə ağır döyüşlər bərpa edilib


Yəmən paytaxtında yenidən prezident Ali Abdullah Salehə tabe olan qüvvələrlə Hashid tayfası arasında ağır döyüşlər başlayıb.

Döyüşlərə səbəb Salehin 3-cü dəfə hakimiyyətin təhviliylə bağlı razılaşmanı imzalanmaqdan imtina etməsi olmuşdu.

Artıq yanvar ayından Yəmənə 30 ildir rəhbərlik edən prezidentin istefası tələbiylə etirazlar baş qaldırıb. Təkcə bazar günündən bu yana azı 50 nəfər etirazçı öldürülüb.

Hökumət təyyarələri islamçı yaraqlıların tutduğu güman edilən Zinjibar şəhərini bombalayıb. Yəmənin ikinci şəhəri Taizdə isə təhlükəsizlik qüvvələri bura hücum edib etirazçıların çadırlarına od vurmuşdu.
XS
SM
MD
LG