Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:06

BDU-da dekan seçkiləri təxirə salınıb


Bakı Dövlət Universitetinin 7 fakültəsində dekan seçkilərinin keçirilməsi təxirə salınıb.

Bu haqda jurnalistlərə BDU-nun rektoru, deputat Abel Məhərrəmov məlumat verib.

Abel Məhərrəmov bildirib ki, seçkilərin keçirilməsi nəzərdə tutulan 15 fakültədən 8-də proses baş tutub. 7 fakültədə isə yaş senzi ilə əlaqədar seçkilər müvəqqəti olaraq dayandırılıb:

«Müsabiqə elan olunub və müraciətlərə baxılıb. Məsləhətləşmələrdən sonra seçkilərin qısa müddətdə saxlanılması qərara alınıb. Yaş senzi barədə müvafiq qərar qəbul ediləndən sonra, iyun ayı ərzində bu məsələyə baxılacaq».

A.Məhərrəmov deyir ki, universitetin 7 prorektorundan 5-i dəyişdirilib, BDU-da qiyabi təhsil üzrə prorektor yeri ləğv olunub. Onun vəzifələrini Rektorluq Aparatının rəhbəri həyata keçirəcək.

«Universitetdə belə bir yeniləşməyə ehtiyac var idi ki, biz də bu addımı atdıq», - deyə A. Məhərrəmov bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG