Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:09

Həmid Karzai NATO-nu “işğalçı” adlandırıb


Əfqanıstan prezidenti Həmid Karzai NATO-nun Əfqanıstandakı qüvvələrinə hava zərbələri zamanı mülki əhalinin ölməsi ilə bağlı xəbərdarlıq edib. O, NATO qüvvələrini "işgalçı" adlandırıb.

Prezident bu gün Kabulda keçirdiyi mətbuat konfransında bu fikirləri səsləndirib.
Bir neçə gün öncə NATO-nun Əfqanstandakı qüvvələrinin hava hücumu zamanı 10-dan çox mülki sakin ölüb, onların arasında uşaqlar da var.

Karzai bu gün deyib ki, "əfqanlar belə hücumlara heç bir halda dözümlü yanaşmayacaqlar".

NATO dünən yaydığı bəyanatda bu hücuma görə, Əfqan xalqından üzr istədiyini bildirmişdi.
XS
SM
MD
LG