Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:35

Avropa Məhkəməsinin qərarına görı, Rusiya Xodorkovskiyə 35 min dollar təzminat ödəməlidir


Avropa Məhkəməsi bildirib ki, Rusiyalı neft biznesmeni Mixail Xodorkovskinin 2003-cü ildə həbs ediləndən sonra onun hüquqları pozulub. Ancaq məhkəmə Xodorkovskinin siyasi motivlərlə həbs olunması ilə bağlı şikayətini rədd edib.

Strasburqda keçirilən məhkəmə Rusiyanın Xodorkovskiyə 35 min dollar təzminat ödəməsi barədə qərar çıxarıb.

Rusiyanın varlı iş adamlarından olan Xodorkovski vergidən yayınma və pul mənimsəməsi ittihamı ilə 8 illik həbs cəzasına məhkum olunub.

İkinci dəfə isə ona dələduzluq ittihamı irəli sürülıüb və onun 2016-cı ilə qədər həbsdə qalacağı görünür.

Xodorkovski özü ittihanları rədd edir.

İnsan hüquqları müdafiəçilərinin sözlərinə görə, sabiq Rusiya prezidenti Vladimir Putini açıq tənqid edən Xodorkovski Kremlin susdurma kampaniyasının qurbanıdır.
XS
SM
MD
LG