Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:48

Nazirlik: «Azərbaycana İspaniyadan xiyar gətirilmir»


Rusiya İspaniyadan tərəvəz idxalına qadağa qoyub
Rusiya İspaniyadan tərəvəz idxalına qadağa qoyub
«Azərbaycana ispan xiyarı gətirilmir. Ona görə də heç bir narahatçılığa əsas yoxdur».

Bunu AzadlıqRadiosuna Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətini rəhbəri Murtuzəli Hacıyev deyib.

O bildirib ki, Azərbaycana tərəvəz məhsulları, o cümlədən xiyar əsasən qış aylarında Türkiyədən və İrandan gətirilirdi. Hazırda isə bazarlarda əsasən yerli məhsul satılır:

«Bazarlarda 100 faiz yerli istehsaldır. İdxal mövsümü xarakter daşıyırdı. Onda da bizə əsasən qonşu ölkələrdən – Türkiyədən, İrandan gətirilirdi. Hazırda isə bazarlarda yerli istehsaldır. Yerli istehsal da xarici malları sıxışdırıb çıxarır. Hazırda bazarlarda monitorinqlər keçiririk – yerli xiyarın bir kilosunun qiyməti 20-30 qəpik arasındadır. Məhsullar yerlidir, bizim kənardan idxala ehtiyacımız yoxdur».

Avropa Birliyi ölkələrinin bəzilərində bağırsaq infeksiyası yayılıb. Almaniyada İspaniyadan gətirilən xiyardan zəhərlənmədən, müxtəlif hesablamalara əsasən, 2-12 adamın öldüyü bildirilir.

Mayın 30-da isə Rusiya İspaniyadan tərəvəz idxalına qadağa qoyub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG