Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:32

Mladic qızının qəbrini ziyarət edib


Bosniya-Serbiya müharibəsi zamanı soyqırıma yol verməkdə ittiham olunan ordu generalı Ratko Mladic bu gün polis nəzarəti altında Belqrad qəbiristanlığına gətirilib. O burda qızının qəbrini ziyarət edib.

Serbiyanın hərbi cinayətlər üzrə prokurorun müavini Bruno Vekaric deyib ki, Mladic yenidən saxlandığı yerə qaytarılıb.

Mladic bir neçə gün bundan qabaq həbs olunub. O, 15 illik axtarışdan sonra tutulub. Ratko Mladic BMT-nin Haaqa tribunalına veriləcək.

O, xahiş etmişdi ki, 1994-ci ildə intihar etmiş qızı Annanın qəbrini ziyarət etməyə imkan yaradılsın.
XS
SM
MD
LG