Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:07

Əhəd Məmmədli və Elnur İsrafilovun apellyasiya şikayəti təmin olunmadı


Mayın 31-də Bakı Apelyasiya Məhkəməsində İctimai Palatanın aprelin 2-də keçirdiyi aksiyada saxlanılmış Müsavat Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli və bitərəf Elnur İsrafilovun apellyasiya şikayətinə baxılıb.

Apellyasiya şikayətləri təmin olunmayıb.

Xəbəri AzadlıqRadiosuna vəkil Yalçın İmanov verib.

Müdafiə tərəfi onlar haqqında seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatətlə Səbail rayon Məhkəməsinə müraciət etmişdi. Lakin məhkəmə vəsatətləri təmin etməmişdi. Apellyasiya şikayəti də vəsatətlərin təmin olunmamasından verilmişdi.

Əhəd Məmmədli Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu hərəkətlərdə iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə), Elnur İsrafilov isə 233-cü maddəsi ilə ittiham olunur.
XS
SM
MD
LG