Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:02

Mayın 31-i Ümumdünya Tütünsüz gündür.


Bu münasibətlə BMT-nin baş katibi Ban Ki Moon dünya ictimaiyyətinə müraciət edib.

Onun müraciətində deyilir ki, BMT qeyri-infeksion xəstəliklər üzrə sentyabr ayının ortalarında yüksək səviyyədə görüşə hazırlaşır.
“Tütün məmulatlarına nəzarət etməklə biz xərçəng və ürək xəstəlikləri də daxil olmaqla bir çox xroniki xəstəliklərə qarşı mübarizədə uzun yol qət etmiş olarıq”,- müraciətdə deyilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, tütündən istifadə nəticəsində iyirminci əsrdə təxminən 100 milyon insanın həyatına son qoyulub.

BMT-nin baş katibinin müraciətində deyilir ki, Tütünə qarşı Mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasına 170-dən çox ölkə qoşulub, amma hələ də bir çox ölkələr konvensiyaya tam əməl etmir:

“Mən bütün tərəflərə müqavilənin müddəalarına uyğun öhdəlikləri tam şəkildə yerinə yetirməyi təkidlə tövsiyə edirəm və həmçinin, Müqaviləyə qoşulmayan bir neçə ölkəni Konvensiyanı qəbul etməyə çağırıram. Birlikdə biz tütün epidemiyasına və onun gətirdiyi bir çox problemə son qoya bilərik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG