Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:04

ATƏT-in Demokratiya və İnsan Haqları Bürosunun yeni sədri köhnəsi oldu


ATƏT-in üzvü olan 56 ölkənin xarici işlər nazirləri qurumun Demokratiya və İnsan Haqları Bürosunun rəhbərliyinə səfir Lanez Lenarčič növbəti üç il müddətinə yenidən seçilməsinə yekdilliklə razılaşıblar.

İyulun 1-dən başlayacaq bu müddət Lanez Lenarčič üçün ikinci və sonuncu müddətdir. O, bu posta 2008-ci ilin iyulunda təyin olunub.

ATƏT-n sədri, Litvanın xarici işlər naziri Audronius Ažubalis deyib ki, Janez Lenarčičin rəhbərliyi altında Demokratiya və İnsan Haqları Bürosu üzv ölkələrin insan haqları ilə bağlı öhdəçiliyin yerinə yetirilməsinə böyük kömək göstərib.
O əlavə edib ki, Demokratiya və İnsan Haqları Bürosu yalnız seçkiləri müşahidə etmir, həm də terrorizmə, dözümsüzlüyə, insan alverinə diqqəti çəkməkdə vacib rol oynayır.

Lanez Lenarčič 2003-2006-cı illərdə ATƏT-də Sloveniyanı təmsil edib. 2005-ci ildə ATƏT-ə sədrlik Sloveniyaya keçəndə o, Daimi Şuranın sədri olub. Lanez Lenarčič ATƏT-in əsas qərar verənlərindən biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG