Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:03

Muammar Qaddafi atəşkəsə hazırdır?


Məlumatlara görə, NATO Muammar Qaddafi rejimini yenidən hədəfə alıb, hava zərbələri endirib. Liviya dövlət televiziyası bildirib ki, NATO hava qüvvələri paytaxt Tripoliyə və Al-Jafraya zərbələr endirib.

Mayın 30-da isə Cənubi Afrikanın prezidenti Jacob Zuma Afrika Birliyi adından atəşkəsin dayandırılması üçün Tripoliyə gəlib. O, Muammar Qaddafi ilə görüşüb və deyib ki, Liviya hakimiyyəti NATO hava hücumlarını dayandırdığı təqdirdə Afrika Birliyi tərəfindən dəstəklənən atəşkəsə hazırdır.

- Qardaş liderlər bu gün onun vəziyyətini müzakirə elədilər. O hazırdı ki, Afrika Birliyinin qərarını yerinə yetirsin. Amma atəşkəs olmalıdır, qeyd-şərtsiz atəşkəs. Özü də NATO-nun hava hücumlarını dayandıran atəşkəs...

Amma burda Qaddafinin Qərblə və üsyançılarla görüşməyə hazır olduğuna işarə yoxdur.

Bu ilin fevral ayından Qəddafinin istefası tələbi ilə etirazlar başlayıb. Xalq üsyanlarında minlərlə adam ölüb.

NATO mülki əhalinin təhlükəsizliyini müdafiə etmək üçün hava əməliyyatlarına başlayıb.
XS
SM
MD
LG