Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:11

Yəmən paytaxtında partlayış səsləri eşidilib


Yəmənin paytaxtı Sanaa şəhərində yenidən döyüş getdiyi barədə məlumatlar var. Prezident Ali Abdullah Saleh 30 illik hakimiyyətindən istefa verməsini tələb edənlərin üsyanını yatırmağa çalışır.

Məlumatlarda bildirilir ki, bu gün səhər erkən çoxlu partlayış və atəş səsləri eşidilib. Ancaq bu barədə detallı məlumat yoxdur.

Mayın 30-da hökumət təyyarələri islamçı yaraqlıların tutduğu güman edilən Zinjibar şəhərini bombalayıb. Güman edilir ki, 30 nəfər adam ölüb.

Yəmənin ikinci şəhəri Taizdə isə 20 nəfərin öldürüldüyü bildirilib. Təhlükəsizlik qüvvələri bura hücum edib etirazçıların çadırlarına od vurmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG