Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:24

Sədaqət Əliqızı. Yad adamlar


(Esse)

Payiz idi , ətrafı qatı duman bürümüşdü . Qulaqları deşən bir süküt vardı şəhərin canında .

Sanki bütün canlılar yığışıb harasa köçmüşdülər . Yalnız dumanın içərisində kölgə kimi görünən iki nəfərdən başqa .

Hmin an onlar bi-birindən cəmi bir metr aralı olsalarda , yerlə göy qədər uzaqda idilər .

Bir damarda qan olsalarda yaddan yad idilər .

Onlar üz-üzə dayanmışdılar . Orta yaşlı kişi qarşısındakı gənc qızı süzdükcə , özünün bəzi cizgilərini görürdü onun üzündə . Bu isə onu qorxudurdu , önündə günahı dururmuş kimi .

Yaddaşında on doqquz il əvvəl baş vermiş hadisələr canlanırdı .

O zaman özü də bu gənc qız kimi cavan idi . İnisitut yoldaşlarının bəhsinə qalustuk bağlamasına və bığ saxlamasına baxmayaraq ,etdiyi hərəkətin məsuliyyətinin dərk edə bilməyəcək qədər cahil idi.

Belə bir halda labüd olan xəta baş vermişdi .

Tanışlıqlarının xeyli müddət davam etdiyi bir qız var idi . Ona qarşı ürəyində bəi şeylər hiss edirdi .

Bu hisslərin hələ nə olduğunu , tam bilmədiyi halda , bir gün sahilyanı parkda , görüşlərin birində qız ona hamilə olduğnu demişdi . O , zaman o , ilan vurmuş kimi oturduğu skamyadan dik atılmışdı .

Qızın həyacan və sual dolu baxışlarını görəndə isə özünü əla alıb , qızı sakitləşdirib demişdi :

-Gözlə mən tezliklə sonuncu imtahanı verib , diplom alıb işə düzələcəyəm . Onda bu məsələni yoluna qoyacağam . Arxayın ol biz evlənəcəyik .

Sonra qızın baxışlarından gözlərini yayındırıb demişdi:

-Amma hələlik görüşməsək yaxşıdır . Narahat olma mən sənə zəng edəcəyəm .
Amma o gündən ortalıqdan yoxa çıxmışdı .

Bu şəhərdə yaşamasına baxmayaraq , sonralar qızın talehi ilə bir daha maraqlanmamışdı .

Umumiyyətlə bu barədə xatırlamamağa çalışmışdı . Ailə qurmuş uzun illər yaşasa da , evladsızlıq ucbatından ailəsi dağılmışdı .

İkinci dəfə beş il idi ki , ailə qurmuşdu . Hələdə evlad üzünə həsrət idi .

O , bu gün onu axtarıb tapmış bu qızla görüşdüyü vaxt bütün bunların etdiyi günahlarının cəzası olduğunu anladı . Nəhayət düşüncələrdən ayrılıb başını qaldırdı . Qorzxu dolu nəzərlərini qızın gözünə zilləyib sanki quyunun dibindən gələn səslə soruşdu .

-Bu görüş nə üçündür?

Qız sınayıcı nəzərlərlə ona baxdı .

-On doqquz il öncə həyatını bir məhəbbətə qurban vermiş , evladını dünyaya gətirərkən ömrünü sizə bağışlamış gənc qızın sevdiyi adamı tanımaq istədim , çünki mən çox sonralar bunu eşidəndə , Nə qədər çalışsamda o, adamın obraznı gözümdə canlandıra bilməmişdim .

Kişinin gözlərində anlaşılmaz bir parıltı əmələ gəldi .

-Bəs indi bir şey dəyişdimi ?

Qız isə gözlərindəki sönük bir ifadə ilə “-Bilmirəm deyib başını yellədi . Kişinin isə bu ağır və üzüntülü söhbətdən , sanki sinəsindən qopan , bir göynərti boğazında düyünlənmişdi , səsini cıxarmağa qoymurdu . O ,lal baxışlarla ondan uzaqlaşmaqda olan qızın ardınca baxırdı .

Qız yeridikcə , havadakı nəm dumandan kipriklərində əmələ gələn şeh yuvarlanaraq damcıya çevrilirdi .Sonra yanaqlarından üzü aşağı yuvarlanırdı . Gənc qız uzaqlaşdıqca , aradakı boşluq artır , sükut çoxalırdı . Hər ik nöktə dumanın içərisində əriyib yox olmaqda idi . Ortada qalan isə bir ağır payız havası, birdə boşluq idi .

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG