Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 00:56

Xalid Mahmud. Qaranquş sevdası


Qaranquş sevdası

Buludlar gözünü sıxar,
göy üzü boşalar-boşalar.
Çatılar barmaqlarımın qaşı,
əllərim daş olar,daş olar.

Hamı yaxın və uzaq olmağın
fərqində olar xoşbəxtliyinin.
Dönüb geriyə baxmaq istərkən
qollarım duşər yanıma.

Heç kimin ağlına gəlməz
göylərin nədən yaş olmağı,
əllərimin nədən daş olmağı
və dünyanın boşalmağı…

Bu da bir sevdadı deyək,
ilin ən soyuq fəsli tək
ümidim sozalar-sozalar.
Bir barmaq xoşbəxtliyə,
bir addım haqq evinə doğru,
dönüb bir misra söz olar…

Və qaranquş köçündən sonra
açar yaxasını payız...


Ümid Yeri

Gecənin suusuzluq mahnısını
oxuyur külək,
yerini dəyişməkdədi
kəfənsiz ulduzlar kimi günlər.
Əcəlin qulağına düşdü
uşaqlıq arzularımın səsi,
yəni ölüm vurmuş
yarpaqlaqrı xatırlayır ömür…

Hər saatım bir gərginlik,
hər günüm
bir dibsizliyə doğru sürünmək…

Hər kəs bir ümid yeri axtarır
ümidsizlik içində.

Bəlkə də ibadət
son ümid yeridi insanların,
kim bilir?!


HEYİF

Bir balaca kənd…
Addım səsinə tamarzı yolların
qoynunda,
saçlarına dən düşmüş
heyva ağacının
dibində qaldı uşaqlığım.
Kəsib yıxdılar,heyif.

Kim sevməz günlərin bəyazlığını,
dərdlərin azlığını?
Böyüyəndə ürəyindən
bir bakirə qadınla
sevişmək keçən uşaqlar kimi…
Böyüdük yaşamaq üçün,
yaşaya bilməsək də…
Söz-söz yığıb topladığım arzuların
axırına çıxdılar,heyif.
Sən bilməzsən dostum,
bilməzsən ayağını sular,
başını buludlar sığallayan
dağların qoynunda
quzu otarmağın dadını,
Bilməzsən palçıqdan düzəltdiyin
yalançı maşının adını,
Bilməzsən
ovuda bilmədiyim arzuların
hardan başladığını.
Damla-damla gözlərimdən
sıxdılar,heyif.

Unutma ki,
qşlar göyü,balıqlar suyu,
insanlar uşaqlığını,
uşaqlar oyuncaqlarını sevər…


AZADLIQ NAĞILI

Vətən sözdən başlanır
hər kəs üçün,
yəni dil açarkən
torpaq söyləmir heç kim...

Azadlıq
üsyan şəklində doğulur,
qadın şəklində ölsə də
doğulan kimi.

Bütün inqlablar
azadlıq pərdəsi altında
gerçəkləşir,
qalib və ya məğlub tərəf
anlamasa da
azadlığın nə olduğunu...

Ancaq mən
azadlıq anlayışına
inanmıram.
Bəs sən necə,dostum..?


SƏN ÖLMƏDƏN ƏVVƏL

Məhəmməd Hadiyə

Sən ölmədən əvvəl
çəkdin ölümün rəngini,
tutdun həyatın ahəngini.
Söz-söz,kəlmə-kəlmə oxşadın
istisini duymadığın vətən sevgisini,
söykənib vətən adlı məzarına.

Həyatın səsləri
fəryad şəklində döyəclədi
arzularını,ümidlərini,
fəqət tökə bilmədi
içindəki əbədiyyət yanğısını.

Yaşamağı asan bilib
yaşaya bilməyən kimsə
ölə-ölə yaşamağın,
yaşaya-yaşaya ölməyin
fərqini anlamaz...

Hər əzabın bir sonu var,
yaşamağın öz yınü var-deyib
yolumdan azdıra bilmədi məni
başımdakı fikirlər.
Sevgidən başqa ünvan tanımayan,
nifrətin nə olduğunu bilməyən
xoşbəxtdi yoxsa?!.
Sən ölmədən əvvəl duydun
şairlərə məzar olduğunu
bu məmləkətin.
Zülmətin içində nur,
ölümdən sonra uğur
qara hərflərlə yazılıbalnımıza.

Unutma,
bir insanın yaşamaq həvəsini
oyuncağa çevirməkdən başqa
bir şey gəlmir əlimizdən.
Və hələ də arxasınca qaçırıq
çata bilmədiklərimizin...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG