Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:54

Sosial şəbəkələr cənub bölgəsində


Hafiz Mirzə
Sosial şəbəkələr həyatın bir hissəsinə çevrilməkdədir. Azərbaycanın iri şəhərlərində bu şəbəkələrlə işləmək çox rahatdır. Bəs əyalətlərdə vəziyyət necədir? İranla həmsərhəd və dini baxımdan aktiv olan cənub bölgəsində sosial şəbəkələrə necə baxırlar? Həqiqəti deyək ki, bu suallarla müraciət etdiyimiz ziyalıların əksəriyyəti sosial şəbəkələrin nə olduğunu bilmədilər. Sosial şəbəkələrdən istifadə etməyən, lakin şəbəkə haqqında kifayət qədər məlumatı olanlar isə bu haqda danışmaq istəmədilər. Sosial şəbəkələrdən istifadə edənlər arasında da fikir müxtəlifliyi var.

«BU ŞƏBƏKƏLƏRDƏN AZƏRBAYCANA XEYİR GƏLMƏZ»

Lənkəran şəhər sakini yazıçı-publisist Hafiz Mirzə sosial şəbəkələrə tamamilə fərqli yanaşır. O deyir ki, bir neçə sosial şəbəkənin istifadəçisidir. Özünün saytı var. Hafiz Mirzə deyir ki, sosial şəbəkələr real həyatdan fərqli bir dünyadır:

«Sosial şəbəkələrdə dost tapanlar, bu şəbəkə vasitəsilə tanış olub evlənələr yanılırlar. Elə şəxslər var ki, sosial şəbəkələr vasitəsilə Azərbaycanın əleyhinə iş aparır».

Hafiz Mirzənin fikrincə, dünyanı qarışdıran sosial şəbəkələrdir. Ərəb ölkələrində inqilablara çağırış da bu şəbəkələrdən edilib:

Sədrəddin Kazımov
«Hər regionun özünəməxsus qaydaları var. Şərq və Orta Asiya ölkələri Qərb ölkələri kimi ola bilməz. Bizim də öz mentalitetimiz var. Ağsaqqala, böyükə hörmət var. Lakin sosial şəbəkələrdə bunlar yoxdur. Bu şəbəkələrdən Azərbaycana xeyir gəlməz».

«ADƏTƏN YENİLİK BİZƏ GEC ÇATIR»

Lənkəranda fəaliyyət göstərən «Hüququ məsləhətlər və vətəndaşlara xidmət» Mərkəzinin direktoru, 28 yaşlı Sədrəddin Kazımov da sosial şəbəkələri izlədiyini deyir:

«Özüm istifadə etmirəm. Aldanmamaq üçün öyrənirəm. Sosial şəbəkələri dəyərləndirirəm. Lakin burda dini dəyərləri, adət-ənənələri qorumaq lazımdır. Şəbəkələrdə heç kimin haqqı tapdalanmamalıdır. İnanmıram ki, qısa müddətdə əyalətdə yaşayan gənclərimiz buna aludə olsun. Adətən yenilik bizə gec çatır».

«BƏZİLƏRİ ŞƏBƏKƏLƏRDƏN ƏYLƏNCƏ KİMİ İSTİFADƏ EDİR»

Masallıda çıxan «Cənub xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov isə sosial şəbəkələr haqqında belə deyir:

Zahir Əmənov
«Sosial şəbəkələri çox yaxşı qiymətləndirirəm. Mənim də «Facebook»da səhifəm və 200 nəfər dostum var. Cənub bölgəsində çoxları bunun əhəmiyyətini bilmirlər. Digər tərəfdən, internetin sürəti çox aşağıdır. Biz sosial şəbəkələri təbliğ etməliyik ki, ondan istifadə edənlər artsın. Bəziləri şəbəkələrdən əyləncə kimi istifadə edir. Yerlərdə texniki imkanlar artmaqdadır. Masallı şəhərində sürətli internet qururlar. Əyalətlərdə sosial şəbəkələrdən istifadə edənlərin sayı artacaq».

Z.Əmənov ehtimal edir ki, Azərbaycanda sosial şəbəkələrdən istifadə edənlərin sayı çox olacaq:

«İNSANLAR MƏCBUR OLUB SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİRLƏŞİRLƏR»

Nizami Hüseynov
«Azərbaycanda insanların bir yerdə olmasına imkan verilmir. Sərbəst toplaşmaq, yığıncaq keçirtmək mümkün deyil. İnsanlar məcbur olub sosial şəbəkələrdə birləşirlər. Əyalət gənci təklənib. Dünyaya çıxışı yoxdur. Lerikdə, Yardımlıda və digər dağ ərazilərində yaşayanlar nə etməlidirlər? Bir yol qalır, sosial şəbəkələrdə ünsiyyət qurmaq, fikri bölüşmək. Düzdür, həmin ərazilərdə internet problemi var. Bunun qarşısını heç bir ölkə ala bilməz. Alsalar, dünyadan təcrid olunacaqlar».

«İSTİFADƏÇİLƏRİN SAYI AZDIR»

Lənkəran şəhər sakini, müstəqil jurnalist Nizami Hüseynov da sosial şəbəkələrdən istifadə etməyi düzgün sayır. Onun deməsinə görə, sosial şəbəkələr gec-tez əyalətdə yaşayan insanların marağına səbəb olacaq:

«Hələ öyrənirlər, götür-qoy edirlər. Bir söz deyə bilərəm ki, sosial şəbəkələrin təsiri müsbətdir. Həyatını müsbət mənada dəyişmək istəyirsənsə, sosial şəbəkəyə qoşul, istifadəçi ol. Söz yox ki, burda arzuolunmaz hallar var. Onu da əlavə edim ki, əyalətdə sosial şəbəkələrdən istifadəçilərin sayı azdır. Bu texniki və maddi imkanlarla bağlıdır».

Şərhləri göstər

XS
SM
MD
LG