Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:05

Gürcüstanda aksiyalar yenidən başlayıb


Gürcüstan parlamentinin qarşısında etiraz aksiyaları yenidən başlayıb. AzadlıqRadiosunun müxbiri xəbər verir ki, bu dəfə adamlar hər hansı siyasi tələb irəli sürmürlər. Adamlar tələb edirlər ki, rəsmi qurumlar son etiraz aksiyasında saxlanılan 40 nəfərin harda olması barədə məlumat versin. Bir də polis etdiyi zorakılığa görə xalqdan üzr istəsin.

Prezident Mixail Saakaşvilini ölkədə avtoritar rejim qurmaqda ittiham edən Gürcüstan müxalifəti mayın 21-dən 26-a qədər onun istefası tələbi ilə paytaxt Tbilisidə mitinq keçirib. Mayın 26-a keçən gecə polis və xüsusi təyinatlılar aksiyanı dağıdıblar.
Rəsmi məlumatlara görə, aksiyanın dağıdılması zamanı bir polis və bir mülki vətəndaş ölüb.
XS
SM
MD
LG