Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:48

NATO-nun xüsusi nümayəndəsi Azərbaycana gəlir


NATO-nun Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın Azərbaycana səfərinin tarixi dəqiqləşib. Ceyms Appaturay ölkəyə iyunun 9-da gələcək. NATO nümayəndəsi Azərbaycanda keçirəcəyi rəsmi görüşlərdə İPAP çərçivəsində Azərbaycan-NATO əməkdaşlığına dair məsələləri müzakirə edəcək.

Onun prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmdyarov, müdafiə naziri Səfər Əbiyevlə görüşləri planlaşdırılır. Səfər iyunun 10-da başa çatacaq.

Xatırladaq ki, bu, Ceyms Appaturayın NATO-nun xüsusi nümayəndəsi qismində Azərbaycana ilk səfəridir.
XS
SM
MD
LG