Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:00

Almaniya nüvə reaktorlarının fəaliyyətini dayandıracaq


Almaniyanın sağ-mərkəzçi koalisiyası 2022-ci ilə qədər ölkənin nüvə qurğularının hamısını bağlamağa razılaşıb.

Yaponiyada zəlzələ ardınca baş verən sunamidən sonra Fukushima nüvə zavodunda yaranan ciddi problemdən sonra Almaniyada bu istiqamətdə müzakirələr başlamışdı.

Bu qərar nəticəsində Almaniya nüvə enerjisi komissiyasını tərk edəcək.

Bu gün elan edilən plana görə, Almaniya Yaponiya fəlakətindən sonra bağlanmış səkkiz reaktorunu aktivləşdirməyəcək.

Ətraf mühitin mühafizəsi naziri Norbert Roettgen deyir ki, digər 6 teaktor da 2021-ci ilə qədər, digər ən yeni üç reaktor isə 2022-ci ilə qədər bağlanacaq.
XS
SM
MD
LG