Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:14

Yəməndə iğtişaşlar davam edir


Yəməndə həyəcanlı iğtişaşlar davam edir. Məlumatlara görə, bir neçə yüz islamçı qüvvə Abyan əyalətinin Zinjibar şəhərini nəzarətə götürüb. Toqquşma zamanı dörd əsgər ölüb, yaralananlar var.

Yaraqlıların Əl-Qaidə ilə əlaqəsi olub-olmadığı bilinmir, amma bu qrup regionda aktivdir.

Eyni zamanda Yəmənin ikinci şəhəri Taizdə təhlükəsiz qüvvələrinin etirazçıların düşərgəsinə hücumu zamanı azı dörd nəfər öldürülüb.

Yəmənin dissident generalları prezident Ali Abdullah Salehi əyaləti "terrorçu"lara verməkdə günahlandırıb və əsgərləri onun hakimiyyətinə qarşı çıxmağa çağırıb.
Ali Abdullah Saleh ittihamları rədd edib.

Prezident üçüncü dəfədir ki, hakimiyyətin ötürülməsi ilə nəticələnməli olan sənədi imzalamaqdan imtina edib.

Yəməndə bir müddətdir ki, onun istefası tələbi ilə kütləvi aksiyalar keçirilir. Aksiyalar zamanı 100-dən çox adam ölüb.
XS
SM
MD
LG