Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:27

Keçmiş ordu generalı Mladicin ailəsi: “O, ağır xəstədir”


Müharibə cinayətlərində ittiham olunan keçmiş ordu generalı Ratko Mladicin ailəsi və vəkillərinin bu gün onun Niderlanda göndərilməsinin əleyhinə çıxacağı gözlənir. Ailənin iddiasına görə, 69 yaşlı general ağır xəstədir və səhhəti onun Niderlanda aparılmasına, Haaqa tribunalı qarşısına çıxarılmasına yol vermir.

Bazar günü Belqradda Ratko Mladicin həbsinə etiraz olaraq aksiya keçirilib, 100-dən çox adam saxlanıb. Küçə etirazları zamanı polislə baş verən toqquşmalarda 30-dan çox adam yaralanıb.

Ratko Mladic 1992-1995-ci illərdə Bosniya müharibəsi zamanı genosid törədilməsində ittiham olunur. O, 16 illik axtarışdan sonra həbs olunub. Ratko Mladic BMT-nin Haaqa məhkəməsi qarşısına çıxarılacaq.
XS
SM
MD
LG