Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:50
Mayın 27-də Sinqapurda ən ali məhkəmə instansiyası ipə-sapa yatmayan 76 yaşlı britaniyalı yazara 6 həftə həbs cəzası verib. Məhkəmə bunu yazarın kitabında

Sinqapur məhkəməsinə böhtan atması, ölüm hökmünü pisləməsi ilə əsaslandırır.

Həmin kitab belə adlanır: «Once A Jolly Hangman: Singapore Justice in the Dock». Bu adı təxminən belə tərcümə etmək olar: «Bir dəfə şən cəllad - Sinqapur ədliyyəsi müttəhimlər kürsüsündə».

Kitabın müəllifi Alan Şedreyk (Alan Shadrake) müstəqil jurnalistdir.

O, ötən ilin iyulunda Sinqapur polisi tərəfindən həbs edilmişdi. Bura o, kitabının nəşri üçün gəlibmiş. Daha sonra o, 4500 avro qarşılığında zaminə buraxılmışdı.

Noyabrda isə məhkəmə onun haqqında 6 həftəlik həbs cəzası və cərimə edilməsi barədə qərar verib.

Ötən həftə - mayın 27-də Apelyasiya Məhkəməsi noyabrda çıxarılmış qərarı qüvvədə saxlayıb.

Məhkəmədən sonra Şedreyk reportyorlarla gülür, zarafatlaşırmış. O deyib:

«Mən qərarı gözləyirdim. MƏN SİNQAPURA GÖRƏ TƏƏSSÜFLƏNİRƏM, ÖZÜMƏ GÖRƏ YOX».

Şedreyk cəzasını iyunun 1-dən çəkməyə başlayacaq - tibbi müayinədən keçəndən sonra.

O deyib ki, həkimlər yaxınlarda onun sifətində şiş aşkar ediblər. Yazar həmçinin, yoğun bağırsaqda polipdən müalicə olunduğunu da söyləyib.

Yazar onu da deyib ki, həbsxanada daha iki həftə qalacaq. Çünki həbs cəzasına əlavə olunmuş 16 150 dollar məbləğində cəriməni ödəmək imkanı yoxdur.

Ancaq bu da var ki, Sinqapur həbsxanalarında çox vaxt yaxşı davranışa görə cəza müddəti 1/3-ə qədər azaldılır.

Sinqapur
Apelyasiya Məhkəməsinin qərarından sonra Böyük Britaniya səfirliyi heç bir şərh verməyib.

Şedreyk apellyasiya şikayətində ittihamı «qanlı nonsens» kimi təsvir edib, deyib ki, həbsə getməyə hazırdır.

ŞEDREYK İLƏ BAĞLI MƏHKƏMƏ QƏRARI SİNQAPURDA TƏHQİRƏ GÖRƏ ÇIXARILMIŞ ƏN SƏRT QƏRARDIR

Buna görə də beynəlxalq hüquq-müdafiə təşkilatları qərarı pisləyib.

«Human Rights Watch»un Asiya bölməsinin direktor müavini Fil Robertson (Phil Robertson) deyib ki, Apelyasiya Məhkəməsinin qərarı «Sinqapurda azad sözə sarsıdıcı zərbədir» və «bu, biabırçılıqdır». Onun fikrincə, hökumət təməl azadlıqlar üzərində dəmir hakimiyyətini qoruduqca, Sinqapur xalqı onun üçün daha da yoxsul görünəcək.

Ötən həftə Şedreyk deyib ki, onun kitabının ikinci nəşri Avstraliyada satışdaymış, Britaniyadasa iyunun 1-dən satışa çıxarılmalıymış.

KİTAB NƏDƏN BƏHS EDİR

Alan Şedreykin kitabında Darşan Sinqhlə (Darshan Singh) söhbət yer alıb. Həmin şəxs Sinqapurda Çanqi həbsxanasının baş cəlladı olub. 1959-cu ildən 2006-cı ilə kimi təxminən 1000 nəfəri edam edib. Həmin 1000 nəfər qadının, kişinin arasında əcnəbilər də olub.

Sinqapur qanunları qatillərin və narkotik tacirlərinin edamını tələb edir. Bu, Britaniya kolonial idarəetməsindən qalma qanundur.

Şedreykin kitabında hüquq müdafiəçiləri, hüquqşünaslar və keçmiş polis zabitləri ilə müsahibələr yer alıb. Həmin müsahibələrə əsasən, bəzən əcnəbilərə ölüm hökmü ticarət və diplomatik maraqlarla bağlı olub.

Məhkəmədən verilən izahatda deyilir ki, Sinqapur qanunlarına əsasən, «ədalət məhkəməsinin rəhbərliyi ilə ziddiyyət təşkil edən bəyanat vermək ciddi qanun pozuntusu sayılır».

Günün bütün mövzuları

XS
SM
MD
LG