Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:07

Qubada baş verən torpaq sürüşməsində 20 ev uçub


Qubaya yağan güclü leysan yağışları Güləzi kəndində yenidən torpaq sürüşməsinə səbəb olub.

APA-nın xəbərinə görə, kənddə 20 ev tamamilə uçub, 29 ev isə qəzalı vəziyyətə düşüb. Kənddə torpaq sürüşməsi ardıcıl olaraq davam edib, digər evlər də təhlükəli vəziyyətlə üzləşib. Təqribən 100 hektara yaxın bir sahəni əhatə edən torpaq sürüşməsi ərazidə keçilməz yarğanlar, 1 metr enində iri çatlar əmələ gətirib. Sürüşmə prosesi nisbətən səngisə də, əraziyə ağır texnikanın daxil olması hələ də mümkün deyil, çünki kənddən keçən avtomobil yolu da tamamilə yararsız hala düşüb.

Rayonunun Afurca kəndində də torpaq sürüşməsi qeydə alınıb. Kənd sakinlərinin verdiyi məlumata görə, kənddə 20 evə ciddi ziyan dəyib. 5 ev isə uçulmaq təhlükəsi ilə üzləşib.
XS
SM
MD
LG