Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:29

Serbiyada həbs edilən 100-dən çox etirazçı arasında yeniyetmələr də var


Serbiya rəhbərliyi deyir ki, Belqradda keçmiş ordu generalı Ratko Mladicin həbsdən azad edilməsi ilə bağlı keçirilən etiraz aksiyasında 100-dən çox adam saxlanıb. Küçə etirazları zamanı baş verən zorakılıqlarda isə 30-dan çox adam yaralanıb.

Daxili İşlər naziri Ivica Dacic Serbiyanın dövlət televiziyasına verdiyi müsahibədə bildirib ki, həbs olunanlar arasında yeniyetmələr də var. 10 sakin və 30-a yaxın polis əməkdaşı isə yaralanıb.

Bazar günü sağ millətçilərin çağırışı ilə minlərlə serbiyalı küçələrə axışıb.
Nümayişlər ilk əvvəl sakit axarla keçib, amma xeyli sonra bəzi etirazçılar polisə sarı daş, butulka atıb, onların arasında toqquşma yaranıb.

Ratko Mladic 1992-1995-ci illərdə Bosniya müharibəsi zamanı genosid törədilməsində ittiham olunur. O, 16 illik axtarışdan sonra həbs olunub. Ratko Mladic BMT-nin Haaqa məhkəməsi qarşısına çıxarılacaq.
XS
SM
MD
LG