Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:14

Afrikalı prezident Liviyaya yenə vasitəçi kimi gedir


Cənubi Afrikanın prezidenti Jacob Zumanın bu gün Liviya paytaxtına gedəcəyi gözlənir. Onun atəşi dayandırmaqla bağlı danışıqlar aparacağı bildirilir.

Bununla ikinci dəfədir ki, Afrika ölkələri qrupu adından Jacob Zuma vasitəçilik eləmək təşəbbüsünü irəli sürüb.

Ilk vasitəçilikdəki danışıqlar zamanı üsyançılar bildirmişdilər ki, Muammar Qaddafi istefaya getməyincə, onlar heç bir danışığa getməyəcəklər.

Bu ilin fevral ayından ölkə vətəndaşlarının əksəriyyəti Muammar Qaddafinin hakimiyyətdən getməsi üçün etirazlara başlayıb. Minlərlə adam ölüb.

NATO isə paytaxt Tripoliyə hava hücumlarını intensivləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG