Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:29
Yazıçı Zaxar Prilepinin "Qrex" ("Günah") romanı Rusiyada onilliyin kitabı elan edilib.

Ona "Супер нацбест" mükafatı təqdim olunub.

Onilliyin kitabı - "Национальный бестселлер" ("Milli bestseller") mükafatının son on ildəki qalibləri arasından seçilib.

Moskvada "Rаdisson SAS Royal" otelində keçirilən mükafatlandırma mərasimində Prilepinə dəri sakvoyajda 100 min dollar dəyərində pul mükafatı verilib.

36 yaşlı yazıçı bildirib ki, qalib gələcəyini gözləmirmiş və "şok vəziyyətindədir".

Prilepinin sözlərinə görə, belə böyük pul mükafatını qazanmasına çox sevinir, çünki bu onun və üç uşağının yaxın illərdə sakit və firavan həyatına təminat verir.

Bir çoxları tanınmış rus yazıçısı Pelevini ("ДПП (NN)", 2004) mükafata ən şanslı namizəd sayırdı.

"Günah" romanının baş qəhrəmanı Çeçenistan müharibəsində iştirak etmiş bir gəncdir. O, müharibədən qayıdandan sonra kafedə "vışıbala", daha sonra qəbirqazan işləyir.

Amma istər müharibə dəhşətləri, istərsə də, adi həyata qayıdandan sonra çalışdığı sahələr onun insani keyfiyyətlərini korşalda bilmir. Bu romana görə Prilepin 2008-ci ildə "Национальный бестселлер" mükafatına layiq görülmüşdü.

Bir çoxları Prilepini "nəsrdə son illərin tapıntısı", "Çağdaş Rusiya ədəbiyyatında ən yaxşı gənc yazar" adlandırırlar.

Prilepin Nijni Novqorod Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1996-99-cu illərdə Çeçenistanda hərbi əməliyyatlarda iştirak edib. O, xüsusi təyinatlı milisdə bölmə komandiri olub.

Prilepin müxalifətçidir, radikal solçu - millətçi bolşevikdir.

Münasiflər Heyətində ən müxtəlif siyasi baxışlara malik insanlar təmsil olunub.

Onlar arasında Prilepinin təmsil olunduğu millətçi bolşevik hərəkatının lideri, yazıçı Eduard Limonov və başqa bir müxalif siyasətçi İrina Xakamada da olub.

Jürinin başqa üzvləri: iqtisadçı Sergey Vasilyev, "Kommersant" media holdinqinin rəhbəri Andrey Qaliyev, bankir Vladimir Koqan, aktrisa Aleksandra Kulikova, mükafatın təsisçisi və naşir Konstantin Tublin, Peterburq "Pen-klub"unun vitse-prezidenti İlya Ştemler, dizayner Valentin Yudaşkin, mükafatın ilk laureatı Leonid Yuzefoviç.

Münsiflər Heyətinin fəxri sədri Rusiya prezidentinin köməkçisi Arkadi Dvorkoviç idi.
Hər bir münsif öz fovoritini seçib və onun adını kağıza qeyd edərək Dvorkoviçə təqdim edib.

Prilepinin romanı ən çox səs qazanan kitab olub. Ona Xakamada, Limonov və Yuzefoviç səs veriblər.

RİA-Novosti

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG